Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

11:35 - 07 / 10 / 2019
Azərbaycan Prezidenti Vladimir Putini təbrik edib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu yaxınlarda keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının əhəmiyyətinə toxunaraq, Soçidə ölkə başçıları arasında aparılan danışıqların strateji tərəfdaşlığa əsaslanan ikitərəfli dostluq münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi ilə bağlı və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
481

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər