Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI

18:19 - 31 / 10 / 2020
Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi ilə bağlı bəyanat yayıblar.

1news.az bəyanatı təqdim edir:

Azərbaycan Ordusunun son 1 ayda işğal olunmuş ərazilərimizin böyük bir hissəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları da daxil olmaqla 200 kənd və qəsəbəni azad etməsi, Ermənistanın döyüş meydanında darmadağın edilməsi, üçüncü ölkəni münaqişəyə cəlb etmək cəhdinin iflasa uğraması düşmənin ağır məğlubiyyətini qaçılmaz etmişdir.

Çarəsiz durumda olan Ermənistanın hərbi-siyasi rəhbərliyi vəziyyətdən çıxış yolu kimi Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarını ballistik raket atəşlərinə məruz qoyur və qadağan olunmuş kasetli bombalardan istifadə etməklə çoxlu sayda mülki əhalimizi qətlə yetirməkdə və yaralamaqda davam edir. Oktyabrın 31-nə olan məlumata əsasən, Ermənistanın törətdiyi hərbi cinayət nəticəsində 91 nəfər həlak olub, 404 nəfər isə yaralanıb.

Ermənistan insanlığa qarşı törədiyi cinayətlərin Azərbaycan xalqını qorxutmadığını və torpaqlarını işğaldan azad etməkdə qərarlı olduğunu görərək yeni və daha təhlükəli metodlara və təxribatlara əl atmağa başlayıb.

Belə ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində Ermənistanın hərbi-siyasi rəhbərliyinin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya Azərbaycan tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq Ermənistanın təbliğat maşını guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayaraq gələcək təxribatlar üçün zəmin yaratmağa başlayıb. Belə ki, bu gün Ermənistan silahlı qüvvələri Şuşa meşələrində qadağan olunmuş ağ fosfordan istifadə etməklə qəsdən yanğın törətmiş və bunu Azərbaycanın üzərinə atmağa çalışmışdır. Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsi qəbul olunmuş müvafiq beynəlxalq konvensiyaların növbəti dəfə kobud şəkildə pozulması və dəhşətli müharibə cinayəti aktıdır.

Hesab edirik ki, aidiyyəti beynəlxalq təşkilatlar Ermənistan tərəfindən törədilən bu hərbi cinayətə laqeyd qalmamalı və ona adekvat qiymət verməlidir. Eyni zamanda, beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini tarix və hüquq qarşısında məsuliyyət daşıyacağı beynəlxalq cinayətlər törətməyi dayandırmağa, xalqının gələcək taleyini düşünərək işğal olunmuş Azərbaycan ərazilərini tərk etməyə, regionda sülhün və təhlükəsizliyin yaranmasına mane olmamağa çağırmalıdır.

Bəyanat 31 QHT tərəfindən imzalanıb.

1.       

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondu

2.       

Əliməmməd Nuriyev

Konstitusiya Araşdırmalar Fondu

3.       

Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

4.       

Qorxmaz İbrahimli

Biosfer İctimai Birliyi

5.       

Əziz Ələkbərov

Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

6.       

İsrayıl İsgəndərov

"Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

7.       

Vüqar Bayramov

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

8.       

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqlari Komitəsi

9.       

Məhərrəm Zülfüqarlı

İctimai Problemlərin Tədqiqi Assosiasiyası

10.   

Kamil Səlimov

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi

11.   

Fuad Məmmədov

"Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”

12.   

Eyyub Hüseynov

"Azad İstehlakçılar" İctimai Birliyi

13.   

Tənzilə Rüstəmxanlı

Azəri Türk Qadinlar Birliyi

14.   

Şəmistan Əlizamanlı

"Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi

15.   

Akif Nağı

Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

16.   

Mayis Əliyev

Sosial Hüquqların Araşdırılması

17.   

İradə Rizazadə

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

18.   

Bahar Qasımova

"Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

19.   

Fizüli Rzaquliyev

Vətən Müharibəsi Veteranları İctimai Birliyi

20.   

Mehdi Mehdiyev

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

21.   

Mehriban Zeynalova

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

22.   

Əhməd  Abbasbəyli

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

23.   

Şahin Rəcəbov

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

24.   

Aydın Əbilov

"Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

25.   

Fikrət Yusifov

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

26.   

Şəmsəddin Əliyev

Polisə Dəstək İctimai Birliyi

27.   

Asif Əsgərli

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

28.   

Emin Həsənli

Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə  İctimai Birliyi

29.   

İlqar Orucov

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

30.   

Ramil İsgəndərli

"Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi

31.    Samir Adıgözəlli               İctimai-Siyasi Proseslər Beynəlxalq  Araşdırmalar Mərkəzi (İSBAM)      

 

 

  

 

Paylaş:
541

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər