Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər - RƏSMİ

11:59 - 17 / 09 / 2019
Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu ayın sonunda görüşə bilər - RƏSMİ

BMT Baş Assambleyasının sentyabr ayında Nyu Yorkda keçiriləcək sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirləri görüşə bilər.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib. Şöbə rəhbəri bildirib ki, həmin görüşdə Azərbaycan tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq.

“Çünki Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur və danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır. Ona görə də Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamaların fonunda qarşıdan gələn görüşdə Azərbaycanın tərəfinin mövqeyi hərmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq”- deyə, H.Hacıyev qeyd edib.

BMT Baş Assambleyasının ABŞ-ın Nyu-York şəhərində keçiriləcək 74-cü sessiyasında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. Nazirin sentyabrın 28-da çıxışı da nəzərdə tutulur.

Qeyd edək ki, BMT-nin 74-cü sessiyası sentyabrın 17-də başlayacaq. Əsas müzakirələr isə sentyabrın 25-dən etibarən keçiriləcək.

P.Sultanova

Paylaş:
485

Son xəbərlər

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04
Bütün xəbərlər