Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb - VİDEO

16:58 - 27 / 10 / 2020
Azərbaycan və İran KİV-ləri arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışılıb - VİDEO

Oktyabrın 27-də İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan səfiri Seyid Abbas Müsəvi ilə AZƏRTAC-da keçirilən görüşdə iki ölkənin media qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb.

Diqqətə çatdırılıb ki, hər iki ölkənin prezidentlərinin səyləri sayəsində qarşılıqlı əlaqələrimiz inkişaf edir. Həmçinin Azərbaycanın və İranın media qurumları da sıx əməkdaşlıq edirlər.

Bildirilib ki, AZƏRTAC İranın İRNA və Mehr agentlikləri, eləcə də digər mətbu orqanları ilə qarşılıqlı informasiya mübadiləsi aparır. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrliyi dövründə AZƏRTAC-ın dəstəyi ilə bu qurumun İcraiyyə Komitəsinin 43-cü iclası Tehranda keçirilib.

Görüşdə iki ölkənin KİV-ləri arasında əlaqələri genişləndirmək məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, birgə tədbir və treninqlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

AZƏRTAC

Paylaş:
333

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər