Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir - FOTO

18:36 - 28 / 01 / 2020
Azərbaycan və Səudiyyə Ərəbistanı informasiya sahəsində əməkdaşlığa böyük önəm verir - FOTO

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı digər istiqamətlərdə olduğu kimi, informasiya sahəsində də əməkdaşlığın genişlənməsinə önəm verir.

Bununla bağlı məsələlər AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Haməd Xudeyrin görüşü zamanı müzakirə olunub.

İki ölkə arasında əlaqələrin ulu öndər Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdıran Aslan Aslanov deyib: “Azərbaycan Prezidenti İlham Əliyev də dost ölkə olan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə daim xüsusi diqqət yetirir. Hazırda iqtisadi, humanitar və turizm sahələrində irəliləyişlərə nail olmaq üçün birgə addımlar atılır”.

Görüşdə ölkəmizdə ərəbşünaslıq elminin inkişaf etməsindən məmnunluq hissi ilə söhbət açılıb. Ərəb ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçılarından biri sayılan görkəmli şərqşünas alim Aida İmanquliyevanın xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb, onun intellektual irsinin müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynadığı vurğulanıb.

Qeyd olunub ki, AZƏRTAC Səudiyyə Xəbər Agentliyi (SPA) ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Agentliklərimiz beynəlxalq informasiya qurumlarında bir-birini daim dəstəkləyir. SPA agentliyi 2013-2016-cı illərdə Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edib. 2016-2019-cu illərdə isə sədrliyi bu quruma rəhbər seçilən AZƏRTAC-a ötürüb. Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) üzvü olan hər iki agentlik ötən müddətdə tərəfdaşlıq əlaqələrini daha da genişləndirə bilib. Hazırda AZƏRTAC mənzil-qərargahı Ciddə şəhərində yerləşən İslam Ölkələri Təşkilatına üzv ölkələrin Xəbər Agentlikləri Birliyinin (UNA) Şura üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi, agentliklər arasında əlaqələrin möhkəmlənməsi məsələləri ötən ilin dekabrında Ciddə şəhərində Şura sədri, Səudiyyə Ərəbistanının İnformasiya naziri Turki bin Abdullah əş-Şəbana ilə Aslan Aslanovun görüşü zamanı müzakirə edilib.

İki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişləndiyini deyən səfir Haməd Xudeyr xüsusən turizm istiqamətində böyük irəliləyişlərə nail olunduğunu bildirib. “İqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsi üçün birgə işləyirik. Yaxın vaxtlarda energetika sahəsində böyük bir layihənin reallaşdırılması üçün saziş imzalanacaq. Xalqlarımızın bir-birini daha yaxından tanıması məqsədilə mədəni tədbirlər təşkil edirik. Ölkələrimizin daha da yaxınlaşmasında medianın böyük rolu var və bu imkandan səmərəli istifadə etməliyik”, - deyə diplomat vurğulayıb.

Görüşdə səfirə 100 illiyini qeyd etməyə hazırlaşan AZƏRTAC haqqında məlumat verilib. Həmçinin müasir medianın inkişaf trendləri, səfirliyin tədbirlərinə informasiya dəstəyi verilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
1322

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər