Azərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

10:37 - 18 / 09 / 2020
Azərbaycana “Stadler” şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib

Azərbaycana Belarusdan "Stadler" şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib. Azərbaycan Dəmir Yolları QSC-nin fərdi sifarişinin ikinci partiyası "Stadler Minsk" QSC-də istehsal edilib.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə "BELTA"ya "Stadler Misnk" QSC-nin reklam və marketinq kommunikasiyaları bürosundan bildiriblər.

Məlumata əsasən, sifariş çərçivəsində ilk 10 vaqon "Stadler" şirkətinin İsveçrədəki müəssisəsində istehsal edilib və 2019-cu ildə Azərbaycana gətirilib. İsveçrədən Azərbaycana vaqonlar təxminən iki həftə ərzində gəlib.

Bildirilir ki, növbəti 10 yataq tipli vaqonların da Azərbaycana gətirilməsi təxminən iki həftə çəkib - vaqonlar Belarus və Rusiyadan keçərək ölkəyə gəlib: "10 ədəd yataq tipli vaqonun birlikdə uzunluğu 264 metr təşkil edir. İki həftəlik yol zamanı "Stadler" şirkətinin əməkdaşları yataq tipli vaqonlarda yüksək səviyyədə komfort və hərəkət rahatlığını özləri də hiss edə biliblər".

Qeyd edilir ki, yeni yataq tipli vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - İstanbul (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
926

Son xəbərlər

Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18
Bütün xəbərlər