1news.az

Azərbaycanda 10 iyula olan koronavirus STATİSTİKASI – Sağalanların sayı 500-ü keçdi

10 İyul saat 17:11 ~ 1 dəqiqəlik oxu 4530
Azərbaycanda 10 iyula olan koronavirus STATİSTİKASI – Sağalanların sayı 500-ü keçdi

Azərbaycanda 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 22990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14093 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib, 8605 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7576 test aparılıb.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net