Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

17:01 - 18 / 10 / 2018
Azərbaycanda kişilər atalıq məzuniyyəti götürə bilər – ŞƏRTLƏR

“Uşağa görə atalıq məzuniyyəti” ifadəsi cəmiyyətimizdə birmənalı qarşılanmır. Lakin əksər xarici ölkələrdə bununla bağlı konkret qayda var. Məsələn, Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir.

Almaniyada da valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Norveçdə atalıq məzuniyyəti məcburidir və 14 həftəlikdir. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilirlər. Əgər ata bu icazədən istifadə etməsə, hökumət uşaq yardımını azaldır.

1news.az azedu.az-a istinadən xəbər verir ki, Azərbaycanda Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var:

Maddə 130. İşçilərin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin müddətləri.

İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

1. b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə — 14 təqvim gününədək;

Təbii ki, bu məzuniyyətə müəllimlər də şamil edilir. Lakin onlar buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər.

“Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”

Sosioloq-alim Əhməd Qəşəmoğlu AzEdu.az-a danışarkən qeyd edib ki, ixtisasından asılı olmayaraq – müəllimlərin də - atalıq məzuniyyətinə ehtiyacı var:

“Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış ailə modelimiz yoxdur. Buna görə də, ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var. İndi 50 il bundan qabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür etmək mümkün deyil. Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Amma mahiyyət etibarilə, ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə, ailə modelini müəyyənləşdirmək lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq.

Ənənəvi olaraq, Azərbaycan uşaqların tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu , təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir.

Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da, ailənin möhkəmlənməsində, yaxud, digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər. Lakin qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”.

1news.az

Paylaş:
5058

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər