1news.az

Azərbaycanda koronavirus: 3196 yeni yoluxma, 1598 sağalan, 24 ölən var

22 Noyabr saat 15:18 ~ 1 dəqiqəlik oxu 4240
Azərbaycanda koronavirus: 3196 yeni yoluxma, 1598 sağalan, 24 ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3196 yeni yoluxma faktı qeydə alınıb, 1598 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 93 094 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 63 841 nəfər müalicə olunaraq sağalıb, 1131 nəfər vəfat edib, aktiv xəstə sayı 28 122 nəfərdir.

Ölkədə son sutka ərzində 15 175, hazırkı dövrədək isə 1607 455 test aparılıb.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net