Azərbaycanın Xalq artisti vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Xalq artisti vəfat edib

19:19 - 24 / 11 / 2020
Azərbaycanın Xalq artisti vəfat edib

Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından məlumat verilib.

Bildirilib ki, aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Bu gün xəstəxanada vəfat edib.

Ə.Həmidovun harada dəfn olunacağı hələ məlum deyil.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

 

Paylaş:
788

Son xəbərlər

Bütün xəbərlər