1news.az

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparılır

26 Noyabr saat 23:09 ~ 1 dəqiqəlik oxu 3750
Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin demarkasiya işləri aparılır

Azərbaycan, Ermənistan, Rusiya Silahlı Qüvvələrinin nümayəndələri xüsusi vasitələrdən (GPS) istifadə edərək Kəlbəcər rayonu ərazisində Azərbaycan və Ermənistan dövlət sərhədində demarkasiya işlərinə başlayıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, demarkasiya işlərinin bir hissəsi Azərbaycanın Kəlbəcər rayonunun Zod mədəninin ərazisində aparılır.

Qeyd olunub ki, sərhədin tam və dəqiq müəyyənləşdirilməsi sərhədin bu və ya digər hissəsinin mülkiyyəti ilə bağlı mübahisələrin və mümkün təxribatların aradan qaldırılması baxımından son dərəcə vacibdir.

Bildirilib ki, demarkasiya işlərindən sonra, Ermənistan və Azərbaycan Silahlı Qüvvələri hərbi bazaları göstərilən sərhədlərdə yerləşdiriləcək.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net