Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb  | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb 

09:25 - 24 / 01 / 2020
Azercell-in 4G şəbəkəsi ölkənin ən yüksək keyfiyyətli şəbəkəsi olaraq tanınıb 

Lider mobil operator özünün radiobaza stansiyalarının sayını üç minə çatdırdı.

2019-cu il Azercell Telekom üçün şəbəkənin modernləşdirilməsi və təkmilləşdirilməsi, eləcə də, müştəri təcrübəsinin yüksəldilməsi istiqamətində aparılmış genişmiqyaslı təşəbbüslərlə zəngin oldu. Belə ki, 2018-ci ilin noyabrından 2019-cu ilin sonuna qədər Azercell ölkə boyu 4G şəbəkəsinin coğrafi əhatəsini 366% artıraraq əhali əhatəsində 120% yüksəlişə nail olub.

Ümumilikdə, daha keyfiyyətli, daha çox tutuma malik və yeni texnologiyaların tətbiqinə hazır şəbəkənin təqdim edilməsi məqsədilə qeyd olunmuş müddət ərzində bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Beləliklə, Azercell şirkətinin ümumi stansiya sayı 2956-ya çatdı. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. Xatırladaq ki, “Systemics” Avropa şirkətinin Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi Azercell-in ölkənin bütün bölgələrində 4G xidmətlərinin ən yüksək keyfiyyət təmin etdiyini təsdiqləyib.

Yerli bazarda lider mövqeyini qoruyan Azercell, ölkədə 5G şəbəkəsinin test rejimində istifadəyə verilməsini həyata keçirən ilk operator oldu. Hazırda 8 sayda 5G baza stansiyasını quraşdıraraq, mobil operator paytaxtın mərkəzi - Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsini test rejimində yeni nəsil şəbəkəsi ilə əhatə etdi və yaxın gələcəkdə həmin xidmətin tam şəkildə istifadəsini təmin etmək niyyətindədir. Nəzərinizə çatdırmaq istərdik ki, 5G texnologiyası mobil İnternet təkamülünün növbəti mərhələsi olaraq, müştərilərə tamamilə yeni xidmət səviyyəsi və imkanlar təqdim edir. Belə ki, ən yeni nəsil şəbəkəsi supersürət, inanılmaz minimal gecikmə təminatı ilə birgə, yeni sənaye sahələrinə inkişaf etmiş performans, səmərəlilik və minimuma endirilmiş istehsal xərcləri kimi imkanları bəxş edəcək.   Bundan əlavə, IoT texnologiyalarının (Əşyaların İnterneti) genişləndirilməsi ehtimalını nəzərə alaraq, yeni nəsil şəbəkəsi öz-özünü idarə edən nəqliyyat vasitələri və uzaqdan idarə olunan cərrahiyə prosesini reallığa çevirəcəkdir.

Qeyd edək ki, 5G şəbəkəsinin inkişaf etdirilməsi ilə yanaşı, Azercell 2020-ci ildə də ölkə sakinlərini yüksək keyfiyyətli mobil şəbəkə ilə təmin etmək məqsədilə regionlarda 4G şəbəkəsinin genişləndirilməsini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
862

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər