1news.az

Bakı Nəqliyyat Agentliyi bu həftə daşınan sərnişinlərin sayını açıqlayıb

14 Avqust saat 14:24 ~ 1 dəqiqəlik oxu 4690
Bakı Nəqliyyat Agentliyi bu həftə daşınan sərnişinlərin sayını açıqlayıb

Bu həftə ərzində Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə avtobuslarla 8 000 000-dan artıq sərnişin səfər sayı qeydə alınıb.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agnetliyindən bidiriblər. Bildirilib ki, bu rəqəmlər 3-7 avqust tarixlərində qeydə alınan göstəricidən təxminən 14 % çoxdur:

"Belə ki, avqustun ilk həftəsində sərnişin səfər sayı 7 000 000-a yaxın olub.

Bu həftə sərnişindaşımada bir sıra məqamlarla yadda qaldı. Həftənin ilk iş günü 3 əlavə ekspres xətt istifadəyə verildi. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa qəsəbəsinin metronun “Gənclik” stansiyası ilə əlaqələndirilməsi təmin olundu. Pandemiya dövründə gündəlik sərnişin səfər sayında maksimal rəqəm də bu həftə qeydə alındı. 10 avqust tarixində ümumi avtobuslarla 1 684 332 sərnişin danışınıb. Bu həftə xəttə çıxan avtobusların sayı da maksimuma çatdı. İlk dəfə xəttə 2130 avtobus çıxarıldı".

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net