1news.az

Bakıda ad günü keçirənlər cərimələndi

4 İyul saat 15:58 ~ 1 dəqiqəlik oxu 4160
Bakıda ad günü keçirənlər cərimələndi

Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq "ad günü" keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.

1news.az xəbər verir ki, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunublar.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net