Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək

09:21 - 28 / 02 / 2020
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək.

1news.az-ın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, 13 ölkənin iştirak edəcəyi Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının Enerji Direktorluğunun baş direktorunun müavini Klaus-Dieter Borchardt, Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin Energetika və Təbii Sərvətlər nazirinin müavini Alparslan Bayraktar, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, İtaliyanın İqtisadi İnkişaf nazirinin müavini Alessandra Todde, Yunanıstanın Ətraf Mühit, Enerji və İqlim Dəyişikliyi nazirinin müavini Gerassimos Tomas, Bolqarıstandan isə Energetika naziri Temenujka Petkova iştirak edəcək.

ABŞ-ı Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli, Böyük Britaniyanı isə Baş Nazirin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson təmsil edəcək.

Builki tədbirdə Serbiyanı Mədən və Energetika naziri Aleksandar Antiç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və İqlim Diplomatiyası Departamentinin direktor müavini Felix Moldovan təmsil edəcək. Xorvatiyanın Ətraf Mühitin Mühafizəsi və Energetika nazirinin köməkçisi Domagoy Validziç, Monteneqronun Enerji Tənzimləmə Agentliyinin Qaz, Neft və Lisenziyalaşdırma xidmətinin rəhbəri Zarko Juranoviç tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın İqtisadiyyat, Energetika və Biznes Mühiti nazirinin müavini Nikulae Havrilet də iştirakçılar sırasındadır.

Tədbir iştirakçıları arasında BP, SGC, “Botaş”, TPAO, TANAP, TAP, “Snam”, Fluxys, “ICGB AD”, “Transgaz”, “SNGN Romgaz SA”, “Uniper Global”, “Bulgargaz EAD”, “SACE”, “Plinacro” şirkətləri geniş tərkibdə yer alıb. Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının iştirakı nəzərdə tutulub.

Nazirlərin VI toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra iki plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada Cənub Qaz Dəhlizinə üzv və layihəyə maraq göstərən ölkələrin təmsilçilərinin çıxışları planlaşdırılır.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclasının yekunlarına dair mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı isə 2019-cu il fevralın 20-də keçirilib.

1news.az

Paylaş:
864

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər