Bakıda Əfqanıstanın Müstəqillik günü qeyd edilib | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Əfqanıstanın Müstəqillik günü qeyd edilib

09:38 - 18 / 09 / 2019
Bakıda Əfqanıstanın Müstəqillik günü qeyd edilib

Bakıda Əfqanıstanın müstəqilliyinin 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

1news.az xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Xeyrullah Spelenayı Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb.

Xeyrullah Spelenayı Azərbaycanın hər zaman Əfqanıstanı bütün sahələrdə dəstəklədiyini deyərək, buna görə hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Əfqanıstan-Azərbaycan Birgə İşçi Qrupunun iqtisadi və ticarət əməkdaşlığını təşviq etmək və genişləndirmək üçün ilk iclasının Bakıda keçirildiyini deyən diplomat iki ölkə arasında iqtisadi və ticarət əməkdaşlığının təşviqi və genişləndirilməsi ilə bağlı protokol imzalandığını da xatırladıb.

Onun sözlərinə görə, bu ilin birinci yarısında ölkələrimiz arasında ticarət 56 milyon dollardan çox olub.

Səfir bildirib ki, Əfqanıstanın Ticarət və Sənaye Nazirliyi Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə birlikdə bu il oktyabrın 11-dən 14-dək Bakıda Əfqanıstan məhsullarının sərgisini keçirməyi planlaşdırır.

Bu ilin oktyabr ayında Qoşulmama Hərəkatı Təşkilatının Zirvə toplantısının Bakıda keçiriləcəyini deyən səfir əlavə edib ki, Əfqanıstan Prezidenti və xarici işlər naziri bu görüşdə iştirak etmək niyyətindədirlər.

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə çıxışında əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. Azərbaycanda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verib.

Ramin Quluzadə qeyd edib ki, Əfqanıstanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsinin həcmi artıb. Ölkələrimiz arasında enerji, kənd təsərrüfatı, nəqliyyat və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün potensial mövcuddur.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları və səfirlər iştirak ediblər.

P.S.

 

Paylaş:
521

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər