1news.az

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib - FOTO

22 Oktyabr saat 16:01 ~ 1 dəqiqəlik oxu 212
Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib - FOTO

Bakıda ilk dəfə olaraq 4 tərəfli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) 1news.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib;
- Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net