Bakıda karantin postları yenidən qurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda karantin postları yenidən qurulub

09:47 - 10 / 07 / 2020
Bakıda karantin postları yenidən qurulub

Bakıda yenidən karantin postlarının fəaliyyəti bərpa edilib.

Trend-in məlumatına görə, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Karantin postlarında dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarət şənbə və bazar günləri də olacağı bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək: "Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır".

S.Xankişiyeva

 

Paylaş:
537

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər