Bakıda keçirilən futbol matçında dava: oyunçular hakimi döydülər – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Bakıda keçirilən futbol matçında dava: oyunçular hakimi döydülər – VİDEO

10:18 - 29 / 01 / 2020
Bakıda keçirilən futbol matçında dava: oyunçular hakimi döydülər – VİDEO

Bakıda MFL-in (Mini Futbol Liqası) təşkilatçılığı ilə keçirilən “MFL Carlsberg Biznes Liqası”nın oyununda dava düşüb.

1news.az-ın məlumatına görə, hadisə “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” komandalarının görüşündə baş verib.

Belə ki, “Dənizkənarı Bulvar İdarəsi” komandasının oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün oyundan kənarlaşdırılıb. Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi” komandasından Ceyhun İmaməli də iştirak edib.

MFL-in İntizam Komitəsi dərhal baş verən insidentlə bağlı araşdırma apararaq “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyunu ilə bağlı xüsusi qərar çıxarıb. Qərara əsasən, hakimə hücum edən şəxslər - Oqtay Alxasov və Ceyhun İmaməli ömürlük MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakdan məhrum ediliblər, “Dənizkənarı Bulvar İdarəsi” komandasına isə ciddi xəbərdarlıq edilib. Bir daha bu cür insident baş verəcəyi halda komanda Turnirdən kənarlaşdırılacaq.

Eyni zamanda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və günahkar şəxslər qanunvericiliyin tələblərinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəklər.

Hazırda insidentlə bağlı araşdırma davam etdirilir.

İnsident baş verən anın videosunu təqdim edirik:

1news.az

Paylaş:
704

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər