Bakıda “Made in Azerbaijan” biznes forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Made in Azerbaijan” biznes forumu keçiriləcək

13:10 - 13 / 08 / 2020
Bakıda “Made in Azerbaijan” biznes forumu keçiriləcək

Sentyabr ayının ilk yarısında, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə Rusiya və BƏƏ-nin idxalçılarının iştirakı ilə "Made in Azerbaijan" onlayn biznes forumu keçiriləcək.

1news.az xəbər verir ki, forum B2B görüşləri formatında keçiriləcək və Azərbaycan ixracçıları üçün öz məhsullarını təqdim etmək, tərəfdaş tapmaq və müqavilələr bağlamaq üçün unikal fürsət yaradacaq.

Öz məhsul və xidmətlərini BƏƏ və Rusiyaya ixrac etmək istəyən aşağıdakı sənaye sahələrinin yerli istehsalçıları forumda iştirak etməyə dəvət olunurlar:

Qida sənayesi və kənd təsərrüfatı:

BƏƏ idxalçıları ilə görüşlər – 1-2 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 3-4 sentyabr

İnşaat sənayesi:

BƏƏ idxalçıları ilə görüşlər – 8-9 sentyabr

Rusiya idxalçıları ilə görüşlər – 10-11 sentyabr

Rusiya idxalçıları ilə görüşlərdə iştirak etmək üçün linkdən (https://b2b-rus.ceo.az/register_as_exporter-az) keçərək qeydiyyatdan keçə bilərsiniz.

BƏƏ idxalçıları ilə görüşlərdə iştirak etmək üçün linkdən (https://b2b-uae.ceo.az/register-as-exporter) keçərək qeydiyyatdan keçə bilərsiniz.

“Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən bu növ tədbirlər üçün xüsusi olaraq işlənib hazırlanmış proqram sayəsində bütün “onlayn” görüşlər tam avtomatlaşdırılmış platformada həyata keçiriləcək. Bu platforma şirkətlərə potensial tərəfdaşlar ilə müstəqil şəkildə görüş təyin etmək və bu görüşü öz şəxsi virtual kabinetlərində keçirmək üçün imkan yaradır. 

«Made in Azerbaijan» biznes forumunda iştirak etməyə tələsin!

1news.az

Paylaş:
1079

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər