1news.az

Bakıya gətirilən 3 tona yaxın qarpız magistrala dağıldı - FOTO

10 İyul saat 16:58 ~ 1 dəqiqəlik oxu 4300
Bakıya gətirilən 3 tona yaxın qarpız magistrala dağıldı - FOTO

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, üzü Bakıya doğru hərəkətdə olan iritonnajlı yük maşını eyni istiqamətdə gedən qarpızla yüklənmiş “Qazel” maraklı avtomobilə çırpılıb. Zərbənin gücündən “Qazel” idarəetmədən çıxaraq yol kənarına aşıb. Daşıdığı qarpızlar isə magistral yola dağılıb.

Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib. 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub. 

Faktla bağlı araşdırma aparılır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net