“Bank Respublika”dan növbəti bir İLK! - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Bank Respublika”dan növbəti bir İLK! - FOTO

17:00 - 12 / 06 / 2019
 “Bank Respublika”dan növbəti bir İLK! - FOTO

Azərbaycanın ən iri banklarından biri olan Bank Respublika 11 iyun tarixində Hilton otelində yeni innovativ məhsulu olan - Mastercard Paypass Sticker-nin təqdimat mərasimini keçirdi. Tədbirdə kiçik və orta sahibkarlığın 150-dən çox nümayəndəsi, eləcə də bankın müştəriləri iştirak etdilər.

Paypass Sticker - MasterCard PayPass kartlarının kompakt analoqu kimi xidmət göstərən innovativ bir məhsuldur. İndi bu stiker vasitəsilə müştərilər bir toxunuşla rahat, asanlıqla və təhlükəsiz bir şəkildə ödəniş edə biləcəklər. Stikeri POS terminal yaxınlaşdlrmaq kifayət edir ki, ödəniş yerinə yetirilsin. Stiker-kartın üstünlüyü ondan ibarətdir ki, onu müştəriyə rahat olan istənilən əşya üzərinə yapışdırmaq olar, məsələn, telefon, çanta və ya cüzdan üzərinə. 50 manata qədər alışlar üçün ödəniş etdikdə PİN-kodu daxil etmək tələb olunmur. Stiker ayrıca və ya mövcud kart hesabına bağlı verilə bilər.

"Məhsullarımızın ən qabaqcıl texnologiyalara uyğun olması bizim üçün çox önəmlidir. MasterCard PayPass bir toxunuşla ödəniş texnologiyası qeyri-nağd ödənişlər dönəminə bir yenilik gətirdi, çünki onun yaranması ilə bank kartının yalnız ödəniş vasitəsi kimi olması faktı ortadan qalxdı. Çox sevindirici haldır ki, Azərbaycan bazarında bu texnlogoyanı ilk dəfə məhz Bank Respublika təqdim etdi. Ümid edirəm ki, müştərilərimiz MasterCard PayPass stikerlərinin rahatlığını yüksək qiymətləndirəcəklər, çünki bu məhsul nağdsız ödənişləri daha rahat və daha sürətli edəcəkdir " deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd etdi.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
693

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər