Bəhram Bağırzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq | 1news.az | Xəbərlər
Siyasət

Bəhram Bağırzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq

12:12 - 11 / 10 / 2019
Bəhram Bağırzadə: Birinci vitse-prezident Mehriban Əliyevanın nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi ilə bağlı nəcib təşəbbüsü bütün dünyada böyük əks-səda doğuracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə deyib.

O bildirib: "Mən də bu ölkənin bir vətəndaşı olaraq bu aksiyada iştirak etmək istərdim, həm də uşaqlarımla birgə. Çünki böyüyən nəslə uşaqlıqdan ekologiyaya və doğma torpağa sevgi aşılamaq lazımdır. Mən öz həyatımda çox ağac əkmişəm, amma bu təşəbbüs çərçivəsində yaşadığım hər il üçün bir ağac, yəni 48 ağac əkmək istərdim”.

Əməkdar artistin sözlərinə görə, Nəsimi böyük şair və dünya əhəmiyyətli mütəfəkkirdir, onun irsinin qorunması böyük humanitar missiyadır:

“Əminəm ki, bütün Azərbaycan xalqı Mehriban Əliyevanın təşəbbüsünü dəstəkləyəcək və bu aksiyada iştirak edəcək”.

B.Bağırzadə, həmçinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması təklifinin qısa zamanda reallaşdırılması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya səmimi təşəkkürünü bildirib.

S.Xankişiyeva

 

Paylaş:
496

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər