Bəhruz Quliyev: Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu | 1news.az | Xəbərlər
Siyasət

Bəhruz Quliyev: Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu

15:30 - 10 / 10 / 2019
Bəhruz Quliyev: Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu

“Azərbaycan hökuməti tərəfindən "Milli Şura”ya piketin keçirilməsi ilə bağlı icazənin verilməsi, ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşıldığının göstəricisidir.

Onlara 50 nəfərdən ibarət heyətlə sözlərini ifadə etmək imkanı verilsə də, "Milli Şura” hələ də 90-cı illərin təfəkküründən çıxa bilmədiyini bir daha göstərdi”.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri "Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, "Milli Şura” hələ də piketi mitinqdən ayıra bilmir: "Birincisi, piketi mitinqə çevirmək cəhdi absurddur. İkincisi, icazə verilməyən ərazidə piket keçirmək olmaz. Lakin "Milli Şura” piketdən əvvəl şəhərin dar küçələrinin bir neçə yerində toplu-toplu yığılaraq hadisənin mahiyyətini dərk etməyən dinc sakinləri piketə cəlb etməyə çalışdılar ki, bu da siyasi mübarizədə qəbul olunmayan addımdır”.

Ekspert söyləyib ki, əgər "Milli Şura” piket keçirmək üçün 50 nəfər insan toplaya, fikrini arqumentli şəkildə söyləyə bilmirsə, o zaman onlar hansı amal, istəklə "liderlik” arzusundadırlar?: "Əgər onların həqiqətən də sosial bazası, elektroratı varsa, o zaman 50 nəfər tərəfdaş tapmaq o qədər də çətin olmamalı idi. Dinc sakinlərdən, yoldan keçənlərdən istifadə etmək həm gülünc, həm də şəhər gəzintisinə çıxanların hüquqlarını pozmasıdır”.

Piketdə Əli Kərimlinin niyə iştirak etmədiyinə aydınlıq gətirən B.Quliyev qeyd edib ki, AXCP sədri öncədən şəhər gəzintisi edərək vəziyyəti öyrənib və bilərəkdən aksiyaya qoşulmayıb: "Bu bir daha sübut etdi ki, Əli Kərimli istənilən vaxt silahdaşları və tərəfdaşlarını yarı yolda qoyub qaça bilər. "Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq piketin keçirilməsi üçün təhlükəsizlik tədbirləri də görülmüşdü. Əgər piket istəyi olsa idi, Əli Kərimli gəlib həm iştirak edər, həm də sözünü deyərdi. Bu, AXCP sədrinin öz tərəfdaşlarına qarşı hörmətsizliyinin göstəricisidir”.

Baş redaktor qeyd edib ki, bundan sonra dövlət öz vətəndaşlarının, şəhər sakinlərinin hüquqlarını qoruyaraq bu cür piketlərin keçirilməsinə icazə verməməlidir: "Sərbəst toplaşmaq adı ilə başqalarının hüquqlarını pozmaq qəbuledilməzdir”.

S.Xankişiyeva

 

 

Paylaş:
384

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər