BMT-nin baş katibi: “COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zamanda şiddətin qarşısını almalıyıq” - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin baş katibi: “COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zamanda şiddətin qarşısını almalıyıq” - VİDEO

09:36 - 06 / 04 / 2020
BMT-nin baş katibi: “COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zamanda şiddətin qarşısını almalıyıq” - VİDEO

BMT-nin Baş katibi Antonio Quterreş gender əsaslı zorakılıq və COVID-19-la bağlı bəyanat verib.

1news.az-ın məlumatına görə, bəyanatda deyilir:

"COVID-19 pandemiyası dünyada insanlara ağlasığmaz əziyyət verir və iqtisadiyyatın iflasına səbəb olur.

Bu yaxınlarda mən ümumi mübarizəmizi pandemiyanı aradan qaldırmağa yönəltmək üçün qlobal atəşkəsin dərhal bərqərar olmasına çağırmışdım.

Elə indi dünyanın hər yerində zorakılığa son qoyulması üçün müraciət etdim. Ancaq zorakılıq döyüş bölgəsi ilə məhdudlaşmır.

Bir çox qadın və qızları təhlükə onlar üçün ən etibarlı sayılan yerdə gözləyir. Öz evlərində.

Ona görə də mən bu gün dünyadakı hər bir evdə sülh üçün yeni bir çağırışla müraciət edirəm.

COVİD-19-un qarşısını almaq üçün təcrid və karantinin vacib olduğunu bilirik. Lakin nəticədə qadınlar onlarla qəddar davranan tərəfdaşları ilə bir evdə qala bilərlər.
Son həftələr ərzində iqtisadi və sosial təzyiqlər, habelə xof artdıqca, qlobal səviyyədə məişət zorakılığının artmasının şahidi olduq.

Bəzi ölkələrdə zorakılığa qarşı dəstək xidmətinə müraciət edən qadınların sayı iki dəfə artıb.

Eyni zamanda, tibb müəssisələri və polis xidmətləri həddindən artıq yüklənir və işçi heyəti çatışmazlığı ilə üzləşir.

Yerli dəstək qrupları iflic vəziyyətdədir və ya vəsait çatışmazlığı ilə üzləşir. Məişət zorakılığı qurbanları üçün fəaliyyət göstərən bəzi sığınacaqlar bağlıdır, digərləri doludur.

Mən bütün hökumətləri qadınlara qarşı zorakılığın qarşısının alınması və onlara dəymiş ziyanın ödənilməsini COVİD-19-a qarşı milli tədbirlər planına daxil etməyə çağırıram.

Bu, onlayn xidmətlərə və vətəndaş cəmiyyəti təşkilatlarına qoyulan sərmayənin artırılması deməkdir.

Məhkəmə sistemlərinin zorakılığa yol vermiş insanların qanun qarşısında cavab verməsini təmin etməlidir.

Aptek və ərzaq mağazalarında təhdidlərə qarşı təcili bildiriş sistemlərinin yaradılmalıdır.

Sığınacaqlar həyati əhəmiyyət kəsb edən xidmət kimi elan edilməlidir. Qadınlar üçün onlara qarşı zorakılıq törədənlərin xəbəri olmadan dəstək istəməyin təhlükəsiz yolları yaradılmalıdır.

Qadınların hüquq və azadlıqları güclü və dayanıqlı cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.

COVİD-19-a qalib gəlmək üçün çalışdığımız zaman müharibə bölgələrindən tutmuş insanların evlərinə qədər hər yerdə şiddətin qarşısını birlikdə ala bilərik və almalıyıq".

Qafar Ağayev

Paylaş:
686

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər