1news.az

BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

10 İyul saat 19:24 ~ 2 dəqiqəlik oxu 11810
BNA-nın ünvanına səsləndirilən tənqidlər qərəzlidir - Rəy

Azərbaycanda gücləndirilmiş sərt karantin rejiminin tətbiq olunması ilə Bakı Metropolitenin fəaliyyəti dayandırıldı və ictimai nəqliyyatda əsas yük avtobus şəbəkəsinə, yəni Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü.

Bu dönəmdə isə BNA hərəkəti zəruri olan insanların rahat və təhlükəsiz daşınması üçün müxtəlif tədbirlər görür. Lakin buna baxmayaraq qurum sosial şəbəkələrdə müxtəlif tənqidlərə məruz qalır. Bu isə görülən işlərə kölgə salmaqla yanaşı pandemiya şəraitində işləyən insanlarda ruh düşkünlüyünə də səbəb ola bilər.

Bəs bu tənqidlərin əsas səbəbi nədir?

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycanda sərt karantin rejiminin tətbiq olunmasında məqsəd yoluxma həddini aşağı endirməkdir:

“Bu zaman ilk olaraq koronavirusa yoluxma ehtimalı daha çox olan sahələr araşdırılır və ilk olaraq onların qapanması ilə bağlı qərar verilir. Qapalı məkan kimi metro nəqliyyatı da virusun yayılmasında əsas risk daşıyan yerlərdən biridir və buna görə də bir müddət metropolitenin fəaliyyəti dayandırıldı. Metronun fəaliyyətinin dayandırılması ilə də sərnişindaşımada əsas yük Bakı Nəqliyyat Agentliyinin üzərinə düşdü. Agentlik isə tez bir zamanda metro stansiyaları arasında hərəkət edən ekspres avtobus xətlərini istifadəyə verdi”.

Millət vəkili bildirib ki, bəzi insanlar görülən işləri başa düşmür və əsassız tənqidlər edir:
“Mən bunu vəziyyəti düzgün dərk edə bilməyən insanların fikirləri kimi görürəm. Digər tərəfdən xırda bir şeydən istifadə edərək Azərbaycan ictimaiyyətində görülən işlərə kölgə salmaq istəyən qüvvələr var. Bütün bunlar onların hərəkətə keçərək insanları düzgün yoldan yayındırmaq istəkləridir. Burada BNA gecə-gündüz öz fəaliyyəti ilə məşğul olur və insanların masksimum rahatlığını təmin etməyə çalışır”.

“Karantin rejiminin məqsədi insanların hərəkətinə məhdudiyyətin qoyulmasıdır. Lakin bəzi insanlar müxtəlif yollarla bu məhdudiyyətlərdən yayınaraq avtobuslarda, xüsusən də, ekspres avtobuslarda sıxlıq yaradırlar. Onlar nəinki “evdə qal” çağırışlarını dinləyib özlərini qorumurlar, həm də sıxlıq yaradaraq digər insanlara təhlükə yaradırlar. Bu məsələlərdə BNA-da heç bir günah görmürəm. Agentliyin ünvanına səsləndirilən tənqidləri isə qərəzli sayıram”, - deyə deputat əlavə edib.

Trend

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net