“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə başlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə başlayıb – FOTO – VİDEO

20:00 - 30 / 03 / 2020
“Böyüklərimizi qoruyaq!” aksiyasiyası Qobustanda fəaliyyətdə başlayıb – FOTO – VİDEO

“Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə millət vəkili Şahin Seyidzadənin təşəbbüsü və Qobustan rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, bununla bağlı, “Könüllü qərargahı” artıq öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas təlabat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazimi köməklik göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.

Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə İcra Hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxslərə qida məhsulları yardımı çatdırılıb.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən “Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Müraciət üçün: 142 Çağrı mərkəzi (İş saatı həftə içi hər gün 10:00 - 16:00)

Qobustan rayonu üzrə: (020) 2452230

#böyüklərimiziqoruyaq #covid19 #coronavirus #koronavirus #evdəqal #birkönüllü

1news.az

Paylaş:
1710

Son xəbərlər

Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55
Bütün xəbərlər