1news.az

Bu marşrut yeni istiqamətdə hərəkət edəcək

6 Dekabr saat 16:04 ~ 1 dəqiqəlik oxu 122
Bu marşrut yeni istiqamətdə hərəkət edəcək

Əliçıraq yaşayış massivinin sakinlərinin çoxsaylı xahişlərini və Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gələn sərnişinlərin sıxlığını nəzərə alaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX )592 saylı marşrut xəttinin hərəkət trayektoriyasını dəyişdirərək aşağıdakı şəkildə yeni istiqamət müəyyən edilməsi ilə bağlı sərəncam verib.

DANX-dan 1news.az-a verilən məlumata görə, sərəncama uyğun olaraq 592 saylı marşrut xətti başlanğıcını Əliçıraq yaşayış massivindən götürərək Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi Mərkəz, Xırdalan dairəsi olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.

Sərəncamın icrasına bu gündən başlanılacaq və 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu "592A" adı ilə sərnişinlərə xidmət edəcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net