Bu ölkədə yaşlı insanların sayı rekord həddə çatıb | 1news.az | Xəbərlər
Dünya

Bu ölkədə yaşlı insanların sayı rekord həddə çatıb

17:03 - 17 / 09 / 2019
Bu ölkədə yaşlı insanların sayı rekord həddə çatıb

Yaponiya hökumətinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə 65 və daha yuxarı yaşlı insanların sayı rekord həddə çatıb.

AZƏRTAC Yaponiya Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, sentyabrın 16-da qeyd edilən Ahıllara Minnətdarlıq Günü ərəfəsində dərc edilən son məlumata görə ölkədə belə insanların sayı 35 milyon 88 min nəfər təşkil edib. Bu, əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 320 min nəfər çoxdur.

Məlumatda qeyd edilir ki, yaşlı insanların cəmiyyətdə nisbəti 28,4 faizə bərabər olub ki, bu da ötən ilki göstəricidən 0,3 faiz artıqdır.

BMT-nin son məlumatına görə, bu, bütün dünyada yaşlı əhalinin ən yüksək nisbətidir. Yaponiyadan sonra həmin göstərici İtaliyada 23 faiz, Portuqaliyada isə 22,4 faiz təşkil edir.

Əhalinin Məskunlaşması və Sosial Təminat Milli Tədqiqat İnstitutunun proqnozlarına görə, 2040-cı ildə Yaponiyada yaşlı əhalinin sayı 35,3 faizə bərabər olacaq.

Nazirliyin məlumatında, həmçinin qeyd edilir ki, ötən il yaşlı işçilərin sayı 8,62 milyon nəfər təşkil edib və bu, ümumi işçi qüvvəsinin 12,9 faizinə bərabərdir. Hər iki göstəricinin də rekord olduğu bildirilir.

1news.az

Paylaş:
591

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər