Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

19:13 - 02 / 12 / 2020
Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Amanullah Ceyhunun etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycana səfir təyin olunması münasibətilə Amanullah Ceyhunu təbrik edən nazir Ceyhun Bayramov Azərbaycan və Əfqanıstan arasında mövcud olan sıx dostluq və əməkdaşlıq münasibətlərini məmnunluqla qeyd edib. Uzun illər ərzində Azərbaycanın və ümumilikdə bölgənin təhlükəsziliyinə ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əfqanıstanın Azərbaycanın haqq mövqeyinə dəstək verdiyi, xüsusilə də son hərbi əməliyyatlar zamanı bu dəstəyin açıq şəkildə nümayiş etdirildiyi minnətdarlıqla vurğulanıb. Nazir, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib.

Səfir Amanullah Ceyhun Azərbaycan Respublikasının Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunmuş Qələbə münasibətilə xarici işlər nazirini və Azərbaycan xalqını təbrik edib. Əfqanıstanın hər zaman Azərbaycanın haqlı mövqeyinin yanında olduğu və bu dəstəyi bariz şəkildə nümayiş etdirdiyi vurğulanıb. Səfir Əfqanıstanın Azərbaycanla münasibətlərə dəyər verdiyini söyləyib və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər, beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Əfqanıstan səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

S.Xankişiyeva

 

Paylaş:
688

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər