1news.az

Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub

28 Oktyabr saat 20:35 ~ 1 dəqiqəlik oxu 1060
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub

Cari ilin 28 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə Dövlət Naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirdi. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu bildirdi. Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğuladı.

Nazir Vendy Morton öz növbəsində mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu bildirdi. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğuladı.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net