Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO

14:01 - 13 / 01 / 2021
Çirkab suları Xəzər dənizinə axıdılır - VİDEO

Bakının Pirşağı qəsəbəsində çirkab sular birbaşa, yəni təmizlənmədən dənizə axıdılır. Sosial platformalarda da artıq bir neçə gündür bu məsələyə diqqət çəkilir.

Sakinlər iddia edirlər ki, bu vəziyyət illərdir davam edir. Məsələ ilə bağlı "Azərsu"dan məlumat verilib ki, ərazidə xüsusi təmizləyici kollektor tikilir və işlər yekunlaşmaq üzrədir.

İçi zibillə dolu üfunətli sular birbaşa dənizə axıdılır. İllərdir davam edən bu mənzərə artıq özünə məcra da yaradıb. Qəsəbə sakinlərinin sözlərinə görə, illərdir burda belə acınacaqlı vəziyyət yaşanır.

Yaxınlıqda yaşayan sakinlər deyirlər ki, çirkab suların iyindən yayda çimərlik ərazisindən heç kim istifadə edə bilmir. Dənizə axıdılan kanalizasiya suları özü ilə birlikdə xəstəlikləri də çimərliyə gətirir.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, sözügedən ərazi ilə bağlı xüsusi layihə var. Layihəyə əsasən, Corat və Novxanı çimərliklərində olduğu kimi çirkab sular təmizləndikdən sonra dənizə axıdılacaq.

"Azərsu" asc-nin rəsmisinin sözlərinə görə, yeni yaradılan sistem ən son tələblərə cavab verəcək. Bununla da ərazinin kanalizasiya və çirkab sularının axıdılması problemi birdəfəlik həll ediləcək.

1news.az

Paylaş:
511

Son xəbərlər

Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54
Bütün xəbərlər