Diplomatiya Könüllülərinin növbəti layihəsi - “Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Diplomatiya Könüllülərinin növbəti layihəsi - “Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

10:48 - 11 / 08 / 2020
Diplomatiya Könüllülərinin növbəti layihəsi - “Mən Qarabağam, Qarabağ Azərbaycandır!” - VİDEO

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, o cümlədən Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Diplomatiya Könüllüləri tərəfindən fəallıq nümayiş etdirilir.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, diplomatiya Könüllüləri sosial şəbəkələrdə Ermənistanın yalanlarını ifşa edən paylaşımlarla çıxış edirlər. Belə ki, gənc könüllülərin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi insanlıq əleyhinə cinayətləri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxındır ki, hərbi işğal altında saxlaması faktı ilə bağlı sosial şəbəkələrdə paylaşdıqları poster və videolar yerli və xarici auditoriyanın diqqətini cəlb edib.

Diplomatiya Könüllülərinin növbəti layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Qarabağ Azərbaycandır!" şüarına dəstək olaraq "Mən Qarabağam, Qarabağ Azərbaycandır!" videosu ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin dilindən dünya ictimaiyyətinə müraciəti əks etdirir. İngilis, alman, koreya, çin, fransız, ispan dillərində hazırlanan müraciətin digər dillərə də tərcümə edilməsi nəzərdə tutulur.

Qafar Ağayev

Paylaş:
744

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər