Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ

15:14 - 28 / 03 / 2020
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin NƏZƏRİNƏ

Dövlət Miqrasiya Xidmətinin tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınıb, olma müddəti 16 mart-30 aprel tarixləri aralığında bitən ( və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən 1news.az-a verilən məlumata görə, DMX tərəfindən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilib. Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət  Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaq.

Bununla bağlı məlumatlar qısa müddət ərzində  Dövlət  Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

Qeyd edilib ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq DMX-nın internet saytında (https://eservice.migration.gov.az/public/payments-search) yerləşdirilib).

Qafar Ağayev

Paylaş:
764

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər