1news.az

Əfqanıstan hakimiyyəti “Taliban”ın 4600 üzvünü həbsxanadan buraxıb

31 İyul saat 18:50 ~ 1 dəqiqəlik oxu 5380
Əfqanıstan hakimiyyəti “Taliban”ın 4600 üzvünü həbsxanadan buraxıb

Əfqanıstanın ikinci vitse-prezidenti Məhəmməd Sərvər Daniş hakimiyyətin "Taliban" hərəkatının həbsdə olan 5 min üzvündən 4600-nü azad etdiyini deyib.

1news.az AZƏRTAC-a istinadən bildirir ki, "Taliban" hərəkatı isə öz növbəsində iyulun 30-u axşam saatlarına qədər 79 hərbçini azadlığa buraxaraq əsirlərin azad edilməsi prosesini yekunlaşdırmaq niyyətindədir. Bununla da taliblərin azad etdiyi hərbçilərin sayı 1002 nəfərə çatacaq.

Qeyd edək ki, fevral ayının 29-da Doha şəhərində "Taliban" hərəkatı və ABŞ arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, "Taliban" hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində olan minə yaxın əməkdaşı azad edilməli idi.

"Taliban" hərəkatı Kabili tərəflər arasında danışıqların başlanması üçün əsirlərin azad edilməsi prosesini tez bir zamanda yekunlaşdırmağa çağırır.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net