Əli Həsənov: Bu müxalifətə görə utanırıq – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Bu müxalifətə görə utanırıq – VİDEO

09:46 - 07 / 10 / 2019
Əli Həsənov: Bu müxalifətə görə utanırıq – VİDEO

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AzTV-nin "Həftə" verilişinin qonağı olub.

1news.az-ın məlumatına görə, proqramda AzTV-nin sədri, aparıcı Rövşən Məmmədovun suallarını cavablandıran Ə. Həsənov Prezident İlham Əliyevin Rusiyaya səfəri, iki ölkə arasındakı münasibətlər, milli maraqlar və bu maraqlara qarşı aparılan kampaniya barədə məsələlərə toxunub.

O, Prezident İlham Əliyevin “Valday” disskusiya klubunda Qarabağ məsələsi ilə bağlı tarixi çıxışına toxunaraq, həmin çıxışın böyük ajiotaj yaratdığını bildirib. Dövlət başçısının Rusiya səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Ə. Həsənov Azərbaycanda özünü müxalifət adlandıran qaragüruh şəxslərin ölkənin uğurlarının əleyhinə apardığı kampaniyadan da danışıb.  O, müxalifətin 1994-cü ildə “Əsrin kontraktı”nı pozmağa cəhd etdiyini də qeyd edib:

“1994-cü il hadisələri zamanı Azərbaycan müxalifəti meydana çıxıb dövlətini, dövlətçiliyini müdafiə edən xalqın yanında yox, qarşısında oldular. 1994-cü ilin oktyabrında da, 1995-ci ilin martında da bu silahlı dəstələr Azərbaycan dövlətini Heydər Əliyevin ortaya qoyduğu milli birlikdən çəkindirmək istəyirdi. Azərbaycanı dünyada öz fikrini müstəqil söyləmək imkanından məhrum etmək istəyirdi. “Əsrin kontraktı”nı pozmaq istəyirdilər.

Təəssüf ki, bizim nə qədər vətənpərvər, iradəli, əzmli xalqımız var, bir o qədər də utancverici müxalifətimiz var. ATƏT-in bu yaxınlarda Varşavada keçirilən tədbirlərində yalnız Azərbaycan müxalifəti orada öz dövlətinin, xalqının, millətinin əleyhinə çıxış edirdi. Təəssüflər ki, biz bir tərəfdən əzmkar, iradəli, vətənpərvər xalq olmağımızla qürur hissi keçiririk, digər tərəfdən antixalq, qeyri-vətənpərvər müxalifətlə xəcalət hissi keçiririk”.

Ə.Həsənovun müsahibəsini təqdim edirik.

1news.az

Paylaş:
763

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər