1news.az

Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur”

30 Oktyabr saat 12:21 ~ 1 dəqiqəlik oxu 5020
Elman Rüstəmov: “Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur”

Bir çox ölkədə karantin rejiminin sərtləşdirilməsi neftə tələbatın davamlı bərpasına mane olur.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun özlərinə görə, "Brent" markalı neftin orta qiyməti sentyabr-oktyabr aylarında 42 ABŞ dolları səviyyəsində olub.

"İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli olaraq qalır. Bu da strateji valyuta ehtiyatların qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur və bu, ÜDM-in 100% səviyyəsini üstələyir", - deyə E. Rüstəmov qeyd edib.

O həmçinin əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən artmaqda davam edib və artım 3,4% təşkil edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net