Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür edib

15:25 - 14 / 10 / 2019
Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür edib

"Azərbaycan ərazilərinin 20 faizini işğal edən Ermənistanın təcavüzündən əziyyət çəkməkdə davam edir. Nəticədə bir milyondan çox azərbaycanlı öz tarixi torpaqlarında qanlı etnik təmizləmə ilə üzləşmiş və qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 822, 853, 874, 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi".

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclasnda deyib.

Nazir qeyd edib ki, lakin Ermənistan öz işğalına və təcavüzünə son qoyulması barədə BMT TŞ-nin qətnamələrinə və beynəlxalq təşkilatların digər sənədlərinə məhəl qoymamaqda davam edir: "Azərbaycana qarşı təcavüzü pisləyən, Ermənistanı yuxarıda göstərilən qətnamələri yerinə yetirməyə çağıran prinsipial mövqe nümayiş etdirdiyi üçün hər bir ölkəyə və Türk Şurasına yüksək dəyər verdiyimizi bildirmək istərdim. Bu baxımdan, Türk Şurası üzv dövlətlərinin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həlli üçün birmənalı dəstəyi çox təqdirəlayiqdir".

S.Xankişiyeva

 

Paylaş:
478

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər