Emin Hacıyev: Beynəlxalq qurumlar dərhal hərəkətə keçməlidir | 1news.az | Xəbərlər
Siyasət

Emin Hacıyev: Beynəlxalq qurumlar dərhal hərəkətə keçməlidir

11:00 - 26 / 09 / 2020
Emin Hacıyev: Beynəlxalq qurumlar dərhal hərəkətə keçməlidir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında gərgin vəziyyət yaranıb. İşğalçı Ermənistanın təxribatçı və məsuliyyətsiz davranışları danışıqlar prosesinin tamamilə dayanmasına və vəziyyətin kritik həddə çatmasına səbəb olub. Danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozan Ermənistan Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücuma hazırlaşır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışı zamanı işğalçı dövlətin yeni təcavüz planını ifşa edərək, beynəlxalq ictimaiyyətin diqqətini münaqişəyə yönəltdi: “Təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanın növbəti hərbi təcavüzdən çəkindirilməsinə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”. Dövlət başçısı bir daha bəyan etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Millət vəkili Emin Hacıyev bildirib:

“Görünən odur ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinə əməl etmək, silahlı qüvvələrini işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarmaq əvəzinə, beynəlxalq hüququn prinsiplərini tapdayaraq, yeni ərazilər zəbt etmək niyyətindədir. Belə olan halda, beynəlxalq qurumlar dərhal hərəkətə keçməli, təcavüzkarı durdurmalıdır. Nəhayət, dünya birliyi Ermənistanın regionda təhlükəsizliyə ciddi təhdid olan addımları ilə bağlı konkret mövqe bildirməlidir. İşğalçı tərəfə hüquqi, siyasi təzyiqlər göstərilmədikcə, ona qarşı ciddi sanksiyalar tətbiq edilmədikcə, Ermənistan daha da azğınlaşır. Ona görə də təcavüzkara qarşı ciddi tədbir görülməsə bölgədə vəziyyət daha da kəskinləşə və hər an müharibə başlaya bilər. Belə olan halda, düşmənin istənilən hücümuna layiqli cavab verməyə hazır olan Azərbaycan Ordusu torpaqlarımızı son qarışınadək işğalçılardan azad edəcək.

Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Ermənistanın Azərbaycana qarşı əl atacağı növbəti təxribat işğalçı ölkə üçün çox ağır nəticələrə səbəb olacaq. Azərbaycan cəmiyyətində hökm sürən yüksək döyüş əzmi, vətənpərvərlik coşğusu bizi yaxınlaşmaqda olan Qələbəyə ruhlandırır”.

S.Xankişiyeva

 

 

Paylaş:
542

Son xəbərlər

Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10
Bütün xəbərlər