ABŞ-da qanunvericilik təşəbbüsləri irəli sürən ermənilərin növbəti fiaskosu | 1news.az | Xəbərlər
Dünya

ABŞ-da qanunvericilik təşəbbüsləri irəli sürən ermənilərin növbəti fiaskosu

09:58 - 04 / 08 / 2020
ABŞ-da qanunvericilik təşəbbüsləri irəli sürən ermənilərin növbəti fiaskosu

Kəşfiyyat orqanlarının işini qanunvericilik çərçivəsində tənzimləyən və Konqreslə əlaqələndirməni təmin edən sözügedən qanun cari ilin 31 iyul tarixində Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Daimi Xüsusi Komitəsi 2021-ci maliyyə ili üzrə Kəşfiyyat Səlahiyyət Qanunu (Intelligence Authorization Act) layihəsini qəbul etmiş və baxılmaq üçün Nümayəndələr Palatasına göndərmişdir.

Qeyd edək ki, yalnız 30 iyul tarixində təqdim olunmasına baxmayaraq, layihə (https://www.congress.gov/116/bills/hr7856/BILLS-116hr7856ih.pdf)  Komitədə heç bir düzəliş və ya əlavə edilmədən qısa müddətdə 11-8 səs çoxluğu ilə qəbul olunmuşdur.

Layihənin bir qismi məxfi xarakter daşıyır və ictimaiyyətə açıq deyil.

Sözügedən layihədə ölkəmiz üçün maraqlı cəhətlərdən biri odur ki, orada “Ermənistan və Azərbaycan arasında gərginliyin qiymətləndirilməsi” (Sec. 822. Assessment regarding tensions between Armenia and Azerbaijan) başlığı altında müddəa öz əksini tapmışdı.

Nəzərinizə çatdırmaq istərdik ki, layihə qəbul edilənə qədər erməni tərəfi və onların lobbi təşkilatları sözügedən müddəa barədə hər hansı bir təbliğat aparmamışlar və yalnız layihə qəbul ediləndən sonra Amerikanın Erməni Milli Komitəsi (ANCA) açıqlamasında sözügedən müddəanın Azərbaycana qarşı olduğunu iddia etmişdir. Görünür ki, erməni tərəfi sözügedən iddia ilə son bir ay ərzində ABŞ Konqresində uğursuzluqlarını ört-basdır etmək və təşkilata dəstək verən icma üzvlərini yanıltmaq məqsədi daşıyır.

Qanunvericilik layihəsinin nəzərdən keçirildiyi Kəşfiyyat Komitəsində sədrin qatı ermənipərəst mövqeyi ilə seçilən Adam Schiff (Demokrat-Kaliforniya) olmasına baxmayaraq, layihənin erməni yönümlü kimi təsnif olunması hesab edirik ki, doğru deyil.  Müddəanın mətnindən göründüyü kimi, layihədə bir çox ifadələr ölkəmizin xeyrinə tərtib olunmuşdur. Bunlara misal olaraq, düzəlişin başlığında münaqişəyə tərəf olaraq yalnız Ermənistan və Azərbaycanın adının qeyd edilməsi və bu xüsusda sərhəddə və Dağlıq Qarabağ bölgəsində təmas xəttində toqquşmaların Ermənistan və Azərbaycan arasında olmasına dolayısı yolla işarə edilməsi, eləcə də Dağlıq Qarabağın məhz bölgə (region) kimi təsnif edilməsini qeyd etmək olar. Eyni zamanda, təklif olunmuş müddəada hər hansı bir ölkə toqquşmaların təşkilatçısı kimi təqsirləndirilmir, məsələnin araşdırılması və qiymətləndirmə kəşfiyyat orqanlarına həvalə olunur. Qiymətləndirmənin yalnız bir dəfə təqdim edilməsi nəzərdə tutulur və müddəa hər hansı bir davamlı tədbirləri ehtiva etmir. Müddəa Ermənistan və ölkəmizə hər hansı bir təzyiq mexanizmi nəzərdə tutmur. 

Hal-hazırda, sözügedən müddəanın daxil edilməsi səbəblərinin və mənbəyinin müəyyən edilməsi hələlik mümkün olmamışdır. Buna baxmayaraq görünür ki, müddəanın balanslı tərtibatı aidiyyəti dövlət qurumlarının nəzarəti altında həyata keçirilmiş, ABŞ siyasətinə zidd məsələlərə və ya şərhə yer verilməmişdir. Bu kimi müddəa, ABŞ-ın həmsədr ölkə kimi marağına və çağırışlarına uyğun gəlir və hər iki tərəfi eskalasiyadan çəkindirmək niyyəti ilə bağlı ola bilər. Həmçinin, güman etmək olar ki, sözügedən müddəanın məhz qismən məxfi xarakterli qanun layihəsinə daxil edilməsində məqsəd, son toqquşmalardan narahatlığa cavab olaraq vəziyyət barədə qiymətləndirmənin geniş imkanlara malik kəşfiyyat orqanları tərəfindən dəyərləndirilməsi və Konqresin çoxsaylı sorğularının cavablandırılmasıdır.   

Həmçinin bildirmək istərdik ki, DNI direktorunun hər il Konqresə təqdim etdiyi ABŞ milli təhlükəsizliyinə təhdidlər barədə ABŞ kəşfiyyat orqanlarının qiymətləndirməsində (Worldwide Threat Assessment of the US Intelligence Community) Ermənistan-Azərbaycan münaqişəsi barədə müddəalar da əks olunur və Ermənistanın Rusiya ilə müttəfiqliyinə, onun Rusiya tərəfindən silahlandırıldığına xüsusi diqqət yönəldilir. Bununla əlaqədar, sözügedən yeni müddəa yekun layihədə qəbul olunacağı təqdirdə, yeni qiymətləndirmədə DNI-ın daha fərqli və həmsədr ölkə olaraq ABŞ-ın maraqlarına zidd mövqe sərgiləyəcəyi ehtimal olunmur.

Qeyd edək ki, Senatın aidiyyəti Komitəsində qəbul edilmiş layihədən fərqli olaraq Nümayəndələr Palatasının Komitəsi tərəfindən qəbul edilmiş sözügedən qanun layihəsinə Administrasiyanın maraqlarına zidd bəzi məqamların (Prezidentə qarşı iddiaların qaldırıldığı seçkilərə müdaxilə kimi məsələlərdə) daxil edildiyini nəzərə alaraq, güman olunur ki, Nümayəndələr Palatasının layihəsindəki bir çox məqamlar yekun layihədə əks olunmaya bilər. Növbəti mərhələdə, sözügedən qanun layihəsinin aidiyyəti üzrə Nümayəndələr Palatasında və Senatın plenar sessiyasında nəzərdən keçirilməsi planlaşdırılır.

1news.az

Paylaş:
713

Son xəbərlər

Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət veribBu gün, 13:18FHN Bakı Avropa liseyində təlim keçibBu gün, 13:13Məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək şagirdlərin sayı açıqlandıBu gün, 12:38Eşqi Bağırov: Bağçaların artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıbBu gün, 12:36Son 3 ayda bağçalara 39 müdir təyinatı olubBu gün, 12:3030 dərəcəyədək isti olacaq - Sabahın HAVASIBu gün, 12:27
Bütün xəbərlər