Ermənistan polisinin sabiq rəisi barəsində cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan polisinin sabiq rəisi barəsində cinayət işi başlanıb

17:10 - 18 / 09 / 2019
Ermənistan polisinin sabiq rəisi barəsində cinayət işi başlanıb

Ermənistan polisinin sabiq rəisi Vladimir Qasparyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. 

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistan İstintaq Komitəsi tərəfindən V. Qasparyana ittiham irəli sürülüb. 

Onun ölkədən çıxışına qadağa qoyulub.

İttihama görə, V. Qasparyan 1997-ci ildən 2010-cu ilədək Hərbi Polisin rəisi vəzifəsində çalışarkən üç nəfər hərbi polis zabitinə başqa işlə məşğul olmağa və maaş almağa şərait yaradıb.

Qasparyan Müdafiə nazirinin müavini olduğu müddətdə həmin hərbçilərdən birinin xidmət müddətini 5 il uzadıb. Nəticədə vəzifələrini yerinə yetirməyən və hərbi hissəyə gəlməyən hərbçilər işdən çıxarılmayıb, ümumilikdə 21 milyon 691 min dram məbləğində dövlət büdcəsindən maaş alıblar.

Qasparyan Ermənistanın Cinayət Məcəlləsinin 375-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur.

Qeyd edək ki, V. Qasparyan ötən ilin mayında Ermənistan Polisinin rəisi vəzifəsindən azad edilib.

1news.az

Paylaş:
802

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər