Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub

20:38 - 26 / 10 / 2020
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü Britaniya parlamentinin İcmalar və Lordlar palatalarında müzakirə olunub

Sentyabrın 27-dən Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərinə və mülki yaşayış məntəqələrinə qarşı başlatdığı növbəti təcavüz nəticəsində gərginləşmiş hərbi vəziyyətlə əlaqədar məsələlər Britaniya Parlamentinin İcmalar və Lordlar palatalarında müxtəlif səviyyələrdə müzakirəyə çıxarılıb.

Britaniya hökumətinin məsələlərə dair münasibətinin öyrənilməsi məqsədilə irəli sürülən yazılı və şifahi suallar, eləcə də geniş debat şəklində baş tutmuş müzakirələrdə parlamentin Azərbaycan qrupunun rəhbərliyi və üzvləri xüsusi fəallıq göstərərək, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunan məlum qətnamələrinin yerinə yetirilməməsi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı mülki yaşayış məntəqələrinə, xüsusilə də münaqişə zonasından uzaqda yerləşən Gəncə şəhərinə qarşı dinc insan tələfatı ilə nəticələnmiş raket hücumları, ölkəmizin beynəlxalq əhəmiyyətli enerji infrastrukturuna qarşı hücumlar barədə öz həmkarlarını məlumatlandırıb, Azərbaycanı dəstəkləyən bəyanatlarla çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, indiyədək parlamentin İcmalar Palatasında Azərbaycanın maraqlarına cavab verən 2 ilkin qanunvericilik təşəbbüsü irəli sürülüb, Azərbaycan qrupunun rəhbərliyi və üzvləri, eləcə də ölkəmizə dəstək verən digər parlamentarilər tərəfindən parlamentin üzvlərinə və Xarici İşlər Nazirliyinin rəhbərliyinə çoxsaylı məktublar təqdim edilib, bəyanatlar səsləndirilib. Həmçinin hər iki palatada hökumətə Azərbaycanın mövqeyinə dəstək ifadə olunan çoxsaylı yazılı və şifahi suallar ünvanlanıb.

Bununla yanaşı, münaqişəyə dair mövqeyi özünün dar dini görüşlərinə söykənən, dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlər etməsi ilə öyünən, nəinki beynəlxalq norma və prinsiplərə, həmçinin vətəndaşı olduğu Britaniyanın münaqişəyə dair məlum mövqeyinə hörmətsizlik nümayiş etdirən Baronessa Koks başda olmaqla, bir neçə parlamentari tərəfindən hökumətə münaqişənin mahiyyətinə uyğun olmayan, Ermənistanın işğalçı mahiyyətini gizlətməyə xidmət edən əlaqəsiz suallar ünvanlanıb. Bütün cəhdlərə baxmayaraq, Britaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri tərəfindən verilən cavablarda hökumətin münaqişəyə dair məlum mövqeyi bir daha təsbit edilib, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində həllinin zəruriliyi vurğulanıb.

Oktyabrın 7-də Lordlar Palatasında 10-a yaxın üzvün iştirakı ilə keçirilən debatda Britaniya rəsmisi Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin Britaniya tərəfindən açıq-aydın dəstəkləndiyini vurğulayıb.

Oktyabrın 21-də Baronessa Koksun Fransa Milli Assambleyasında qondarma separatçı rejimin tanınmasına dair təşəbbüsə istinad edən və bənzər təşəbbüsün Britaniyada irəli sürülməsi imkanlarına dair sualını cavablandıran hökumət rəsmisi qondarma separatçı rejimin tanınması ilə bağlı Krallıq hökuməti tərəfindən birmənalı şəkildə heç bir təşəbbüsün olmayacağını qeyd edib, bir daha münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində tənzimlənməsinin vacibliyini vurğulayıb.

Bütün bunlar ermənipərəst, Ermənistanın işğalçılıq siyasətinə don geyindirməyə çalışan parlamentarilərin cəhdlərinin boşa çıxdığını göstərir.

S.Xankişiyeva

 

 

Paylaş:
352

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər