Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və yaralananların sayı AÇIQLANDI
"Hazırki vaxtadək Ermənistanın təcavüzü nəticəsində 65 nəfər mülki vətəndaş həlak olub, onlardan 18-i qadın, 10-u uşaqdır".
Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, 4, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 10 qadın, 6 uşaq olmaqla 26 nəfər həlak olmuş, 138 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.
Ümumilikdə Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər yaralanıb, onlardan 69 qadın, 32 uşaqdır.
Qafar Ağayev
472