Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə bəyanat ünvanlanıb | 1news.az | Xəbərlər
Siyasət

Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə bəyanat ünvanlanıb

19:36 - 17 / 10 / 2020
Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə bəyanat ünvanlanıb

AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki yaşayış binalarını oktyabrın 17-nə keçən gecə növbəti dəfə raket atəşinə tutması ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə bəyanat ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, 40-a yaxın informasiya agentliyinə, portal və qəzetə ünvanlanan bəyanatda işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdiyi qeyd olunub.

Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 45-dən çox insan yaralanıb, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü qadındır.

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Bəyanatın sonunda Ukrayna, Belarus və Moldova KİV-lərinin Ermənistanın terrorçu siyasətini obyektiv işıqlandırmağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırılıb.

Media nümayəndələrinə, həmçinin Gəncənin raket atəşinə tutulması ilə bağlı fotolar da təqdim olunub.

S.Xankişiyeva

 

Paylaş:
413

Son xəbərlər

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57
Bütün xəbərlər