“Evdə qal, evdə yarat!” – Millət vəkilinin dəstəyi ilə AKSİYA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Evdə qal, evdə yarat!” – Millət vəkilinin dəstəyi ilə AKSİYA

14:46 - 10 / 04 / 2020
“Evdə qal, evdə yarat!” – Millət vəkilinin dəstəyi ilə AKSİYA

"Abşeron və Qobustan sakinlərinin diqqətinə! Karantin dövründə evdə sıxılırsan? Vaxtını səmərəli keçirmək və öz yaradıcı tərəfini göstərmək istəyirsən? O zaman, ərsəyə gətirdiyin yaradıcılıq qabiliyyətin ilə "EvdəQalEvdəYarat” müsabiqəsinə qoşul və "Mədəniyyət Turu"nda iştirak etmək haqqı qazan!”

1news.az-ın məlumatına görə belə bir müraciətlə millət vəkili Şahin Seyidzadə çıxış edib.

Millət vəkili vurğulayıb ki, indi #EvdəQal təlimatına əməl edən zaman yaradıcılıqdan geri qalmadan, öz sənətkar ruhunu hər kəsə nümayiş etdirmək imkanı yaranıb:

"Evdə keçirdiyiniz vaxt ərzində ərsəyə gətirdiyiniz yaradıcılıq nümunəsinin (rəsm, əl işi, musiqi ifa etmək, heykəl və s.) foto və yaxud videosunu Facebook profilinizdə hamıya açıq formada

1) #EvdəQalEvdəYarat heştegi ilə paylaşın;

2) Kreativ Azərbaycan (@kreativazerbaijan) səhifəsini postda tag edin;

3) Paylaşılan postun linkini 0506002550 nömrəsinə whatsapp ilə yollayın.

Ən çox bəyənmə (like) almış paylaşımların müəllifləri 1 May 2020-ci il tarixində müəyyən edilərək Bakı şəhərində mədəniyyət turunda (muzey, teatr, konsert və s.) iştirak edəcəkdir. Əlbəttə ki, karantin dövrü bitdikdən sonra!”

Millət vəkili xatırladıb ki, Abşeron və Qobustan üzrə ümumilikdə hər rayondan müvafiq olaraq 10, ümumilikdə 20 qalib müəyyən edilərək Bakı şəhəri üzrə "Mədəniyyət Turu"nda iştirak edəcək. Həmçinin digər iki aksiyaya da qoşularaq karantin dövrünü çox maraqlı keçirə bilərsən:

1) Əgər, sənin artıq hazır yaradıcılıq nümunələrin varsa, #SənətəDəstəkOl xeyriyyə aksiyasına qoşularaq məhsullarınızın satılması və ödənişsiz alıcılara çatdırılması üçün müraciət edə bilərsən (ətraflı: https://bit.ly/senetedestekol).

2) Yaxud öz yaradıcı tərəfini kəşf edərək, yeni biliklər öyrənmək istəyirsənsə, Mədəniyyət kanalında (Mədəniyyət kanalı / Culture Channel) yayımlanan buraxılışları izləyərək #yaradıcılığıevdəöyrən aksiyasına qoşula bilərsən. (ətraflı: https://creative.az)

Məlumat üçün bildirək ki, "Evdə qal, evdə yarat!" müsabiqəsi, elə də "Sənətə dəstək ol!" və "Yaradıcılığı evdə öyrən" aksiyaları Abşeron və Qobustan rayonlarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, Abşeron-Qobustan dairəsi üzrə Millət vəkili Şahin Seyidzadənin dəstəyi ilə həyata keçirilir.

1news.az

Paylaş:
1057

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər