Evdə qal, Milla çatdıracaq! – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Evdə qal, Milla çatdıracaq! – FOTO

13:06 - 31 / 03 / 2020
Evdə qal, Milla çatdıracaq! – FOTO

Azərbaycanın ən iri süd istehsalçılarından biri olan AZFP CO. Ltd. MMC-də (Milla) gündəlik olaraq əlavə sanitar və epidemioloji dezinfeksiya işləri aparılır.

“AZFP CO. Ltd.” MMC-nin baş direktoru Samir Şirinovun sözlərinə görə, koronavirus pandemiyası ilə mübarizə şəraitində qida təhlükəsizliyi daha bir aktual məsələyə çevrilir. “Müəssisəmizdə istehsal prosesinin bütün mərhələləri tam olaraq təmassız qaydada həyata keçirilir. İstehsal etdiyimiz bütün məhsullar müasir beynəlxalq standartlara cavab verən laboratoriyamızda sınaqdan keçirilir. Milla süd məhsulları keyfiyyət və qida təhlükəsizliyinin ən etibarlı qarantları olan beynəlxalq sertifikatlara malikdir: Supplier Workplace Accountability (SWA) Assessment, SQMS Full Audit V4.3, Worldwide Directory of Sanitarily Approved Food Establishments for Armed Forces Procurement, Food Safety System Certification FSSC 22000 v4.1. Hal-hazırda müəssisədə gigiyena, sağlamlıq, işçi geyimləri ilə əlaqəli olan və daha öncədən hazırlanmış prosedurlar üzərindən nəzarət güçləndirilmişdir. Müəssisədə işçilərin tibbi baxış nəticələri haqqında rəhbərliyin məlumatlandırılmasını təmin edən təlimatlar təsdiq edilmişdir. İstehsal sahəsinə daxil olan şəxslər həmin ərazinin tələbinə uyğun olaraq müvafiq qoruyucu geyimlərdə fəaliyyət göstərirlər. Yoluxucu xəstəliyi olan şəxslərin müəssisə ərazisinə daxil olmasının qarşısı alınması məqsədilə tədbirlər gücləndirilmişdir. AZFP Co. Ltd. MMC-nin əməkdaşları şirkət ərazisinə daxil olmazdan öncə tibbi işçilər tərəfindən yoxlanılır.

“Milla” gün ərzində 250 ton süd məhsulu istehsal gücünə malikdir.  Yüksək keyfiyyətli A kateqoriyalı südlə təmin etmək üçün respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq komplekslərimız fəaliyyət göstərir. Bizi xammal ilə təmin edən süd fermalarımızın ən yüksək təhlükəsizlik standartlarına cavab verməsi və süd istehsalının bütün prosesini idarə etmək üçün ən müasir avadanlıqlarla təchiz olunduğu üçün xüsusilə fəxr edirik. Ölkənin tənzimləyici strukturları, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri və Azərbaycan dövlətinin koronavirusla mübarizə üçün qəbul etdiyi qərarlar müəssisəmiz tərəfindən tətbiq olunur və bütün məsuliyyət ilə izlənilir".

COVİD-19 koronavirus pandemiyası ilə mübarizə çərçivəsində, ölkə əhalisini fasiləsiz qida ilə təmin etmək məqsədilə Milla 24/7 iş qrafikinə keçirilmişdir. Azərbaycanın tibb müəssisələri və mehmanxanalarda karantində olan xəstələr üçün ilk gündən qida məhsulları çatdırılır. Əlavə olaraq qaynar xəttimizin vasitəsi ilə müraciət edən 65 yaşdan yuxarı olan vətəndaşlara dəstək təşkil edilmişdir. AZFP Co.Ltd MMC məhsulların keyfiyyətinə diqqət yetirir və bununla da əhalinin sağlamlığının qayğısına qalır. Bütün dünya üçün bu çətin günlərdə biz, qida məhsulları tədarükçüsü olaraq, işimizin vacibliyini və məsuliyyətini tam şəkildə dərk edirik. Yeni iş rejimi şüarı altında (Evdə qal, Milla çatdıracaq!) AZFP Co. Ltd MMC fasiləsiz üç növbəli fəaliyyətə keçirilmişdir. Ölkə əhalisini süd məhsulları ilə fasiləsiz təmin etmək üçün insan resurslarımızı artırdıq. İndi məhsulların onlayn sifarişləri və çatdırılması mexanizmi tətbiq olunur. Əminik ki, birgə səylərlə ölkəmiz bu sınaqdan minimal itkilərlə keçə biləcəkdir”.

Reklam hüququnda

Paylaş:
1381

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər