Fətəliyevlər ailəsindən iki nəfər müharibədə şəhid olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fətəliyevlər ailəsindən iki nəfər müharibədə şəhid olub - VİDEO

13:45 - 13 / 01 / 2021
Fətəliyevlər ailəsindən iki nəfər müharibədə şəhid olub - VİDEO

Müharibənin öz qanunları var. Bu qanunlar sərt və amansızdır. Qarşında düşmən əlində silah. Doğma torpaq üçün vuruşursan. Və bu müqəddəs amalı səninlə bölüşən hər bir oğul doğmandır. Bu torpaq bağıdır. Bir də qan bağı var. Eyni cəbhədə ata oğlu ilə. Qardaş qardaşla çiyin çiyinə döyüşür.

Rahib Fətəliyev və onun qardaşı oğlu Şahin Fətəliyev Füzuli istiqamətində gedən ən ağır döyüşlərdə iştirak ediblər. Onlar elə həmin döyüşlərdə də şəhadətə qovuşublar. Əməkdaşlarımız Fətəliyevlər ailəsində olub, şəhidlərimizin xatirələrini öyrəniblər.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, 44 günlük vətən müharibəsi zamanı fətəliyevlər ailəsindən iki nəfər şəhidlik zirvəsinə ucalıb. Onlardan biri 14 ildir vətəninə xidmət edən 42 yaşlı şəhid çavuş Rahib Fətəliyevdir. Füzuli istiqamətində ağır döyüşlərə qatılan rahibdən elə müharibənin ilk günündən ailəsi xəbər tuta bilməyib. Şəhidin övladı Rahil Fətəliyev atası ilə son danışığını belə xatırlayır.

Şəhid çavuş döyüşlərdə zirehli texnika idarə edirmiş. Elə son sözü də döyüş yoladşlarına o olub ki, bu texnikanın son dayanacağı Şuşa olmalıdır

Şəhid çavuşun nəşi dekabr ayının 5-də tapılaraq ailəsinə təhfil verilib. O ölümündən sonra vətən uğurunda medalı ilə təltif edilib.

Vətən müharibəsi zamanı Rahib Fətəliyevin qardaşı oğlu, müddətdən artıq hərbçi olan 21 yaşlı Şahid Fətəliyev də sentyabr ayının 30-da Füzuli istiqamətində gedən qanlı döyüşlərdə şəhid olub. Şəhidin əmisi Fətəliyev Elməddin deyir ki, qardaşı ilə, qardaşı oğlu döyüşün ilk günlərində, ən şiddətli vaxtı şəhid olublar. Onlar ikisi də yanyana döyüşməsələr də, füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Şahin Fətəliyev də əmisi kimi müharibədə döyüş texnikası idarə edirmiş. Onlara düşmənin keçilməz dediyi səngərini məhv etmək göstərişi verilib. Tapşırığı ən yüksək səviyyədə yerinə yetirən Şahin Fətəliyev elə həmin istiqamətdə gedən döyüşlərdə şəhadətə qovuşub. Ölümündən sonra o vətən uğrunda və Füzuli rayonun azad olunması medalları ilə təltif olunub.
 
 
1news.az
Paylaş:
492

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər