Gənclər arasında “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənclər arasında “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək

13:15 - 09 / 07 / 2020
Gənclər arasında “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə pandemiya mövzusunda iyul-avqust aylarını əhatə edən “I Respublika Virtual Debat Çempionatı" keçiriləcək.

1news.az xəbər verir ki, onlayn şəkildə və gənclərdən ibarət komandaların iştirakı ilə baş tutacaq layihə respublikanın müxtəlif bölgələrini təmsil edən yüzlərlə gəncin debat arenasında birləşməsinə, natiqlik bacarıqlarının inkişafına və pandemiya mövzusu ətrafında maraqlı debatların keçirilməsinə şərait yaradacaq.

Onlayn çempionat pandemiya və post-pandemiya dövrü barədə gənclərin biliklərinin, araşdırma qabiliyyətlərinin artmasına şərait yaratmaq, gənclər arasında özünü ifadə etmə, dinləmə, əsaslandırma bacarıqlarını inkişaf etdirmək, debat vasitəsilə sağlam rəqabət mühiti yaratmaq və birlik, komanda ruhu formalaşdırmaq məqsədi daşıyır.

Onlayn çempionat çərçivəsində gənclər üçün peşəkar təlimçilərin iştirakı ilə debat və natiqlik təlimləri, eyni zamanda ekspertlər ilə mövzu müzakirələri baş tutacaq. Yekunda isə Respublikanın müxtəlif şəhər və rayonlarından olan gənclərdən ibarət komandaların iştirakı ilə debat turniri keçiriləcək.

I Respublika Virtual Debat Çempionatınnın iştirakçısına çevrilmək, natiqlik, inandırma, araşdırma bacarığınızı inkişaf etdirmək istəyən gənclər www.virtual.debate.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.Qeydiyyat 21 iyul 2020-ci il tarixinədək davam edəcək.

Layihənin tərəfdaşları isə Milli Debat Proqramı və gənclər üçün müxtəlif faydalı imkanlar, xidmətlər, tədbir və layihələr barədə məlumatları özündə birləşdirən “GencApp” mobil tətbiqidir.

1news.az

Paylaş:
856

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər