1news.az

Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmirdən sonra – VİDEO

27 May saat 12:32 ~ 1 dəqiqəlik oxu 3250
Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı evi təmirdən sonra – VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunub. 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə İTV-də yayımlanan “Yaddaş” verilişində məlumat verilib. Bildirilib ki, evin təmiri son mərhələdədir.

1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.

 

S.Xankişiyeva

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net