Hikmət Babaoğlu: “Prezidentin sərəncamı çətin günlərdə ailələrə sevinc və ümid bəxş etdi” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: “Prezidentin sərəncamı çətin günlərdə ailələrə sevinc və ümid bəxş etdi”

11:49 - 07 / 04 / 2020
Hikmət Babaoğlu: “Prezidentin sərəncamı çətin günlərdə ailələrə sevinc və ümid bəxş etdi”

“Prezident İlham Əliyevin sərəncamı ilə 176 məhkumun əvf edilməsi böyük humanizm nümunəsidir və yaşadığımız çətin günlərdə çoxsaylı azərbaycanlı ailəsinə sevinc və ümid bəxş etdi” .

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, məhkumların əfv edilməsi Ümummilli ilder Heydər Əliyevin yaratdığı hüquqi-humanist ənənlərin davamıdır və xalqımız tərəfindən olduqca yüksək qiymətləndirilir .

“Təsadüfi deyil ki , bu günə qədər Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse – pezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları nəticəsində 40 mindən çox vətəndaşımız əfv edilib . Bu sadəcə statistika deyil həmin sayda ailənin sevinci deməkdir .Əfv sərəncamı imzalanarkən istinad edilən dəyərlər xalqımızın əsrlər boyu formalaşdırdığı və bu gün də cəmiyyətimizdə milli birliyin və həmrəyliyin əsasında duran yüksək mənəvi dəyərlərdir ki , bu da özlüyündə xüsusi qiymətləndirilməlil bir hadisədir”.

Deputatın sözlərinə görə, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyası yayılıb və bunun nəticəsində müəyyən yaş qrupuna daxil olan vətəndaşlarımızın sağlığı ciddi təhdid altına düşüb .

“Tibb işçilərimiz bu qrupu xüsusi risq qrupu kimi səciyyələndirir və onların xüsusi qayğıya və qorunmaya ehtiyacı olduqlarını bildirir. Azərbaycan Prezidenti tərəfindən məhz belə kritik bir məqamda əfvlə bağlı qərarın qəbul edilməsi həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahüridir . Ancaq əlbətdə bu addım nə qədər vacib və humanistirsə bir o qədər də əfv olunan vətəndaşlarımız tərəfindən həssaslıqla qiymətləndirilməsi lazım olan hadisədir . Çünki bu əfvdən sui istifadə etmək , yenidən cinayət əməllərinə meyylənmək əsla yolverilməzdir və ciddi ictimai qınaq yarada bilər .Ona görə də istər əvf edilmiş məhkumlar istərsə onların yaxınları bu humanist addımı məhz ictimai maraqlar nöqteyi-nəzərindən qiymətləndirməli , ümummilli həmrəyliyimzə töhvə verəcək mühüm hadisə kimi dəyərləndirməlidirlər . Çünki bütövlükdə azərbaycan cəmiyyəti hadisəni haqlı olaraq belə də qiymətləndirir”.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Sərəncamla, 176 azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Qafar Ağayev

Paylaş:
964

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər